Türkiyənin Antalya şəhərinin Serik rayonunda meşədə yanğın başlayıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əraziyə helikopterlər cəlb olunub. Səhər saatlarında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Yanğının səbəbi hələlik məlum deyil.