Bodruma gedən sərnişin avtobusu aşdı:

Türkiyənin Kırklareli şəhərində Ədirnədən Bodruma gedən sərnişin avtobusu aşıb.

Metbuat.az xəbər verir ki, bir turizm şirkətinə məxsus avtobusun Lüleburqaz rayonunda yoldan çıxaraq aşması nəticəsində altı nəfər həlak olub, 25 nəfər yaralanıb. Həlak olanlardan biri uşaqdır.

Əraziyə çox sayda səhiyyə işçisi, xilasedicilər cəlb ediliblər. Çox sayda yaralı xəstəxanaya yerləşdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR