Məşhur türk simaları polis tərəfindən

“Sarallar” adlı cinayətkar qrupla bağlı araşdırma zamanı şübhəli bilinən məşhur türk simaları saxlanılaraq dindirilib.

Metbuat.az Habertürk-ə istinadən xəbər verir ki, aktyorlar Necati Şaşmaz, Erkan Petekkaya, müğənni Aylin Coşkun və futbol şərhçisi Sinan Engin dindirilənlər sırasında olub.

Qeyd edək ki, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ötən çərşənbə axşamı cinayət təşkilatına qarşı əməliyyat keçirib. İstanbulda yerləşən 13 vilayətdə keçirilən əməliyyatda 119 şübhəli tutulub.

Son illərdə bir çox əməliyyatlarda iştirak edən iş adamı Erdal Acar saxlanılanlar arasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR