Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb.
Metbuat.az “NTV”yə istinadən xəbər verir ki, yanğın vilayətin Ezine bölgəsində başlayıb.
Hazırda yanğınla 2 təyyarə və 2 helikopterlə havadan, bir neçə texnika ilə isə qurudan mübarizə aparılır.