Müxalifət erməni prezidentini “xıyar” adlandırdı -

Ermənistan müxalifətinin “Müqavimət hərəkatı”nın tərəfdarları yürüş keçiriblər.

Metbuat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Konstitusiya Gününü qeyd edən etirazçılar Prezident iqamətgahına doğru yürüyüblər.

“Prezident Konstitusiyanın təminatçısıdır. Amma bu gün o, heç bir iş görməyən, bir nəfərin əmrini yerinə yetirən və bostan bitkilərinin nümayəndəsidir. Bu prezident öz davranışı ilə sübut edir ki, xiyardan heç nə ilə fərqlənmir, - deyə aksiya iştirakçıları bildiriblər.

Bu sözlərdən sonra etirazçılar Prezident iqamətgahına xiyar atmağa başlayıb və Ermənistan parlamentinin binasına doğru hərəkət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR