Çempionlar Liqası: Dörd qarşılaşma qolsuz bitib

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Metbuat.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub. Bunların yalnız 3-də qələbə qeydə alınıb və sevinən tərəf meydan sahibləri olublar.

"Budye Qlimt" Norveçdə Farer adalarının "Klasksvik" klubunu, HIK Finlandiyada Latviyanın RFŞ komandasını, "Düdelanj" isə Lüksemburqda Albaniya "Tirana"sını məğlub edib.

Digər 4 qarşılaşmada isə qapılara qol vurulmayıb.

Bu raundun cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.

I təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0

20:00. "Budye Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) - 3:0

20:00. HIK (Finlandiya) - RFŞ (Latviya) - 1:0

21:30. "Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) - 1:0

22:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) - 0:0

22:15. "Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 0:0

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) - 0:0

Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu "Qarabağ" Polşada "Lex"ə 0:1 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR