"Kəpəz" Gürcüstan millisinin sabiq üzvünü transfer edib

"Kəpəz" gürcüstanlı futbolçu Giorgi Kantariyanı heyətinə qatıb.

Metbuat.az kluba istinadən xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Kantariyanın son klubu vətənində "Telavi" olub. O, Gürcüstan U-21 millisində də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR