NİİM Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:

“Müqəddəs Qurban bayramı münasibətilə sabahdan ölkəmizdə ardıcıl 4 qeyri-iş günü olmasını, paytaxt sakinlərinin şəhər ətrafı kənd və qəsəbələrə, eyni zamanda bölgələrə səfər sayının artacağını nəzərə alaraq, bu gün axşam saatlarından etibarən şəhərin mərkəzi küçə və prospektlərində, eləcə də şimal, cənub və şərq giriş-çıxış yollarında sıxlığın olacağı ehtimal edilir. Bu səbəbdən, şəxsi minik avtomobilləri və avtobus sürücülərinə yollarda səbr və təmkinlə davranmağı, yol hərəkəti qaydalarına riayət etməyi və sıxlıqda qalmamaq üçün hərəkət iştirakçılarına səyahət vaxtını mümkün qədər yollardakı vəziyyətə uyğun planlaşdırmağı tövsiyə edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR