Türkiyə Prezidenti İsrailin Baş naziri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

Məlumatda bildirlir ki, İsrail lideri prezident Ərdoğana zəng edərək Qurban bayramını təbrik edib. Danışıq zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələlər də müzakirə edilib.

Prezident Ərdoğan Yair Lapidi Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR