Lökbatanda dənizdə batan şəxsin meyiti tapılıb -

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) batan 1995-ci il təvəllüdlü Məmmədov Kamal Bəxtiyar oğlunun axtarışları başa çatıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, K.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


11:54

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR