"Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlanıb

"Azərsu" ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR