Türkiyə ordusunun hərbçisi şəhid oldu

Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atışma zamanı yaralanan hərbçi xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı başsağlığı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR