Vladimir Putin İrana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün İrana səfər edəcək.

Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, Suriya üzrə Astana prosesinin təminatçısı olan dövlət başçılarının (Rusiya, İran, Türkiyə) sammiti üçün Tehran şəhərinə gedəcək.

Sammit çərçivəsində Rusiya lideri iranlı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparacaq, həmçinin İranın Ali Rəhbəri Əli Xamenei ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR