“Ölkəmizdə koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir” -

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, indiyədək epidemioloji vəziyyət nəzarət altında olsa da, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olub:

“Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.

İnfeksionist qeyd edib ki, əvəllər virusun “Delta” ştamına yoluxan insanların xəstəliyi daha ağır keçirirdisə, hazırda bu ştama demək olar ki, rast gəlinmir. Bu gün əsas “Omikron” ştamının növləri gündəmdədir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR