Birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib -

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib.

Metbuat.az-a İcra hakimiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, İcra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən təşkil edilmiş monitorinq qrupları rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində reydlər keçiriblər.

Monitorinqlər zamanı küçə və prospektlərdə, parkvə məhəllələrdə aparılan müşahidələrin nəticəsindən asılı olaraq yaşıllıq zolaqlarının salınması,küçələrin işıqlandırılması,asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.

Növbəti mərhələdə hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

Xatırladaq ki,daha əvvəl Səbail,Yasamal və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri əsasında bir sıra küçə və prospektlərdə səkilər təmir edilib,ağaclar budanıb,yaşıllıqlar salınıb,işıqlandırma sistemləri qurulub və digər abadlaşdırma işləri görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR