I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub

Bu günə (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Metbuat.az-a Təhsil Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən 7 004 elektron müraciət daxil olub.

Müraciətlərdən 1 349-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 1 358-i onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp”müraciətləri), 4 297-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR