Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumata verilib.

Bildirilib ki, iyulun 22-də saat 23 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində rayon sakini R.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolun kənarında dayanmış 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR