Məşhur müğənniyə 50 min AZN-lik lüks avtomobil hədiyyə edildi -

Müğənni Hiss (Röya Məmmədova) bahalı avtomobili ilə gündəmə gəlib.

Metbuat.az "Baku.ws"ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni və lüks maşınının görüntülərini yayımlayıb.

Sözügedən avtomobil Hissə hədiyyə edilib. Bu haqda danışan ifaçının köməkçisi Vüqar maşının Hissə yerli avtomobil şirkətləri tərəfindən bağışlanıldığını bildirib.

Sənətçiyə hədiyyə olunan nəqliyyat vasitəsi 2022-ci il istehsallıdır. Maşının qiyməti 50 000 AZN dəyərindədir.

Xatırladaq ki, Hiss bir müddət əvvəl özünə bahalı malikanə də alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR