Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 5-də, saat 10:00-da Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək.
Metbuat.az nazirliyə istinadən xəbər verir ki, qəbul Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 1) keçiriləcək.
Nazir adı çəkilən bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün avqustun 4-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655), elektron poçtu (