Putindən “Bayraktar” PUA-sı ilə bağlı Ərdoğana ŞOK TƏKLİF:

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Bayraktar” PUA-ları ilə bağlı təklif irəli sürüb.

Metbuat.az “TGRT haber”ə istinadən xəbər verir ki, Ərdoğan təklifi Mərkəzi İcra Şurasının toplantısı zamanı dövlətin yüksək rütbəli şəxsləri ilə bölüşüb. Məlumata görə, Putin Ərdoğana PUA-ların birgə istehsalını təklif edib. Toplantı zamanı tərəflərin hansı fikirlər irəli sürdüyü məlum deyil. Ərdoğan həmçinin bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri də türk PUA-larının birgə istehsalı üçün maraqlıdır.

Birləşmiş Ərəb Əmirlikləri “Bayraktar” PUA-ları ilə bağlı krallıqda fabrik qurmağı təklif edib. Türkiyənin cavabı məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR