Xəyyam Nisanov "10 il sizinlə" şüarı ilə sevənləri üçün oxudu -

Heydər Əliyev Mərkəzinin parkında bu dəfə Xəyyam Nisanov rüzgarı əsib.

Metbuat.az xəbər verir ki, "10 il sizinlə" şüarı ilə reallaşan xalq konsertində əməkdar artist sevənləri üçün oxuyub. Anşlaqla keçən gecədə Nisanov, sevilən mahnılarını canlı olaraq səsləndirib.

İfaçı məmnun olduğunu, bu tərz konsertlərin davamlı olmasını istədiyini bildirib:

"Uzun zamandır konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması sadəcə zövq verirdi. Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Ən əsası belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev mərkəzinin rəhbərliyi və bütün heyətə minnətdaram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR