Türkiyənin Baş Konsulluğuna raketlər atıldı -

Türkiyənin Mosul şəhərindəki Baş konsulluq binası yaxınlığına iki raket zərbəsi endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, raket ətrafdakı tikililərə zərər vurub. Tələfat qeydə alınmayıb. Türkiyənin Mosul Baş konsulluğundan bildirilib ki, hücum nəticəsində diplomatlar arasında zərərçəkən olmayıb. Binanın yaxınlığına 2 mərmi düşüb. Hədəfdə Baş konsolluq binası olub.

Qeyd edək ki, ötən həftə İraqın Dəhük vilayətindəki turistik ərazi bombanıb. Ərazinin bombalanması nəticəsində 10 nəfər həlak olub. 23 yaralı var. Məlumata görə, PKK terrorçuları tərəfindən təşkil edilən hücumun məqsədi təxribat törətmək olub. Hücumdan dərhal sonra terrorçulara yaxınlığı ilə bilinən media platformaları hücumun Türkiyə ordusu tərəfindən təşkil olunduğunu irəli sürüblər. Türkiyənin Xarici İşlər Nazirliyi iddiaları rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR