Nepal pələnglərin nəslinin kəsilməsinin qarşısını alıb -

Nepal son 10 ildə pələng populyasiyasını iki dəfədən çox artırmaqla onları yox olmaq təhlükəsindən geri qaytarıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Nepalda hərbi hissələr milli park komandalarına dəstək verir, pələnglərin təhlükəsiz şəkildə gəzməsinə imkan verən təbiət dəhlizlərinə nəzarət edir.

Pələnglərin sayı 2009-cu ildəki 121 idisə, bu rəqəm 2022-ci ildə 355-ə yüksəlib. Böyük pişiklərə əsasən ölkənin beş milli parkında rast gəlmək olar. Digər növlər, o cümlədən kərgədan, fil və bəbir populyasiyaları da artıb.

Xatırladaq ki, keçən əsr Asiyada təxminən 100 min vəhşi pələng yaşayırdı. 2000-ci illərin əvvəllərində bu rəqəm, əsasən ov və heyvanlara uyğun yaşayış mühitinin məhv olması səbəbindən 95% azaldı.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, hazırda təbiətdə 3726 ilə 5578 arasında pələng qaldığı düşünülür.

Qeyd edək ki, 2010-cu ildə pələnglərin yaşadığı 13 ölkə vəhşi pələng populyasiyalarını 2022-ci ilə - yəni Çin təqviminə görə Pələng ilinə qədər iki dəfə artırmağı vəd edib. Hələlik hədəfə yalnız Nepal çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR