İranda timsah yaşayış məntəqələrinə hücum etdi -

İranda baş verən daşqınlardan sonra timsah yaşayış məntəqələrinə gəliblər.

Metbuat.az İran mətbuatına istinadən xəbər verir ki, timsahlara əsasən Sistan və Bəlucistan bölgələrində rast gəlinib.

Bildirilib ki, heyvanın insanların olduğu əraziyə gəlməsinə səbəb son günlər baş verən daşqınlardır.

Qeyd edək ki, İranda son bir həftədə aramsız yağan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində azı 61 nəfər həlak olub. Aramsız yağan yağışlar nəticəsində baş verən sel İranın İsfahan, Mərkəzi, Fars, Mazandaran, Gilan, Tehran vilayətlərində ağır fəsadlar törədib. Adı çəkilən vilayətlərə böyük maddi ziyan dəyib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR