Ötən ay xaricdə təhsil almış 65 nəfərin diplomu tanınmayıb

İyul ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Metbuat.az-a verilən məılumata görə, ay üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 16 gün təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR