Putinlə Paşinyan Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.

Liderlər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR