Türkiyə şəhid verdi

Türkiyə hərbçisi çavuş Rəşad Ərgin “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi yaralanaraq xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR