İdmançımız İslamiadada finala yüksəldi - FOTO

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib.

Metbuat.az xəbər verir ki, yarışda Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər.

Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR