İranda bu görüntülərə görə qadınlara qadağa qoyuldu - VİDEO

İranda dondurma yeyən qadın videosundan sonra xanımların reklamlara çəkilişini qadağan edilib.

Metbuat.az rus mətbuatına istinadən xəbər verir ki, ilk baxışdan sözügedən videoda ciddi qayda pozuntusu nəzərə çarpmır.

Görüntülərdə başörtülü bir xanım maşın sürür və dondurma yeyir. Lakin səlahiyyətlilərin fikrincə, bu reklam çarxı “sosial ədəb qaydaları ilə ziddiyyət təşkil edir” və “qadın dəyərlərinə xələl gətirir”.

Nazirlik bildirib ki, iranlı qadınların reklam çarxlarında çəkilməsinə qadağa qoyulması qərarının milli "iffət” qanunlarını gücləndirmək məqsədilə qəbul edilib. Xüsusilə, qadınların "istifadəsini" qadağan edən yerli qanuna istinad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR