"Qarabağ" cavab oyununa çıxır:

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olacaq. "Groupama Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.

Azərbaycan çempionu bu oyuna da ciddi itkilərlə çıxacaq. İki əsas mərkəz müdafiəçisi - Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR