Türkiyə ordusunun əsgəri həlak olub

Türkiyə ordusunun əsgəri həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Avqustun 3-də PKK terrorçuları tərəfindən “Pence-Kilit” əməliyyatı bölgəsinə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanan və müalicəsi davam etdirilən Halil Koçun həyatını xilas etmək mümkün olmayıb. O, dünən Gülhanə Təhsil və Araşdırma Xəstəxanasına dünyasını dəyişib.

Nazirlik onun ölümü ilə bağlı başsağlığı yayıb.

Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR