2022-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan ordusunun 19 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
KİV bildirir ki, 10 hərbçi xidmət zamanı, digərləri isə naməlum şəraitdə ölüb.
Təkcə yanvar ayında Ermənistan ordusunun 4, fevralda isə 3 hərbçisi naməlum şəraitdə həyatını itirib. Digər itkilər növbəti aylarda qeydə alınıb.