"Qarabağ" Macarıstandakı azarkeşlərə müraciət edib

"Qarabağ" "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət edib.

Metbuat.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komandanı dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.

Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Qeyd edək ki, bu gün oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR