Ad günü fotosu üçün 31 qarpız kəsildi: "Ruhum 18-lərdə gəzişir” -

Aparıcı Zümrüd Bədəlova "Instagram"da maraqlı fotosu ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o, ad günü üçün fotosessiya da etdirib.

Belə ki, Zümrüd ümumilikdə 31 qarpızın kəsilərək yazıldığı 38 rəqəminin yanında "poz" verib. Həmin görüntüsü "Instagram"da paylaşan Bədəlova bu sözləri qeyd edib:

“Yalan, fani dünyada həqiqət axtarmaqdan çoxdan əl çəkmişəm. İnandığım, sığındığım, böyük məhəbbətlə sevdiyim Allahım nə yazıbsa, qədərimə, onu da yaşayıram. Qısaca yazmağa sözüm çox, amma nə yalan deyim heç həvəsim yoxdur. Sizi sevirəm mənə dəyər verən dostlarım, izləyicilərim. İldən ilə yaş sadəcə artır. Ruhum isə 18-lərdə gəzişir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR