Azərbaycan İslamiadada növbəti medalını qazandı

Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Metbuat.az xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR