"Real Madrid" 5-ci dəfə UEFA Super Kubokunun qalibi olub

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

Metbuat.az xəbər verir ki, matç İspaniyanın "Real Madrid" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda baş tutub.

Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

Bununla da "Real Madrid" 5-ci dəfə Superkuboku qazanıb.

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR