Benzemadan tarixi qol:

"Real Madrid"in 34 yaşlı hücumçusu Kərim Benzema 324-cü qolunu vurub.

Metbuat.az xəbər verir ki, ulduz futbolçu UEFA Superkuboku uğrunda matçda Frankfurt "Ayntraxt"ının qapısına qol vurmaqla bu uğurunu qazanıb.

Benzeman qol sayında "Real"ın canlı əfsanəsi Raul Qonzalesi (323) geridə qoyaraq klub tarixində ən çox qol vuran ikinci futbolçu olub. Hazırda 451 qolla Kriştianu Ronaldo birincidir.

Həmçinin indiyə qədər 22 kubok qazanan Benzema Superkubok finalında qalib gələrək oyunçu Pako Xentonun rekorduna (23 kubok) şərik çıxıb və "Real"ın ən çox kubok qazanan futbolçusu olub.

Kərim Helsinkidəki qolu ilə kuboku ilk dəfə kapitan olaraq başı üzərinə qaldırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR