Xərçəngə tutulan Zeynəb Həsəni səhhəti ilə bağlı paylaşım etdi -

Bir müddət əvvəl xərçəngə tutulduğu aşkarlanan müğənni Zeynəb Həsəni sosial şəbəkədə paylaşım edib.

Metbuat. az xəbər verir ki, o, instaqram hesabında paylaşım edərək onunla maraqlanan hər kəsə təşəkür edib:

"Səhhətimlə bağlı maraqlanan, narahat olan hər kəs, ağlıma gəlməyən şəxslər belə, məni tanıyanlar, tanımayanlar, var olun. Yaxşı ki, varsınız. Hər kəsə tək-tək yaza bilmirəm, amma bilin ki, hər biriniz qəlbimdəsiniz. Sizin sevginiz məni ruhlandırır. Çox sağ olun ki, mənimləsiniz. Səhhətim, şükürlər olsun ki, qaydasındadır".

Xatırladaq ki, bu yaxınlarda Zeynəb xərçəng xəstəliyinə tutulub. Tanınmış müğənni Türkiyədə əməliyyat olunub, müalicəsi davam edir.

Müğənninin anası Əminə xanım da xərçəngdən vəfat edib.

Bizi teleqramdan izləyin: https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR