"Neftçi" "Rapid"lə bacarmadı: Mübarizəni dayandırdı -

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyada "Rapid" komandası ilə cavab görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın 67-ci dəqiqəsində meydan sahiblərini Qrüll önə çıxıb. Əsas vaxtda ümumi hesab (2:2) bərabər olduğundan əlavə vaxt oynanılıb. Qarşılaşmanın 113-cü dəqiqəsində Druyif meydan sahiblərinin ikinci qoluna imza atıb. Bu qol oyunun hesabını müəyyənləşdirib. Neftçı səfərdə 2:0 hesabı ilə məğlub olmaqla UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, avqustun 4-də Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR