Ermənistan müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.
Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, həmçinin parlamentin keçmiş deputatı olan Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.
“Xocalı qatili” kimi tanınan general Seyran Saroyan uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. Bu səbəbdən yeriyə bilmirmiş.