"Qızıl top"un sahibi kim olacaq? - Siyahıda Messi yoxdur, Ronaldo rekord yenilədi

Avropada ilin futbolçularına verilən "Qızıl top" mükafatına layiq görülənlərin namizədlərin adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, 30 namizədin olduğu siyahıda 2015-ci ildən bu yana ilk dəfə olaraq Fransa PSJ-nin oyunçusu Lionel Messi yer almayıb. Ulduz futbolçu Kriştianu Ronaldo isə 18-ci dəfə bu siyahıya düşərək rekordunu yeniləyib.

Bundan başqa, Messinin PSJ-dən olan kamanda yoldaşı Neymar da siyahıya düşməyib.

Mükafata layiq görülməsi ehtimal edilən futblçular arasında "Real Madrid" klubunun futbolçusu Kərim Benzema, "Liverpul"un oyunçusu Məhəmməd Salah, Trent Aleksander-Arnold PSJ-dən Kilian Mbappe, "Barselona" futbol klubunun yeni transferi olan Robert Levandovski, Almaniya "Bavariya"sından Sadio Mane, "Mançester Siti"dən Kevin De Brüyne, Fil Foden, "Real Madrid"dən Luka Modriç, Vinisius Junior yer tutub.

Mərasim cari ilin 17 oktyabr tarixində Parisdə keçiriləcək.

Xatırladaq ki, Messi 7, Ronaldo isə 5 dəfə "Qızıl top"un sahibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR