Azərbaycan üçün əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır - Politoloqdan AÇIQLAMA

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən erməni silahlı birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması göstərir ki, sülh və təhlükəsizliyin təmin olunması üçün mütləq şəkildə bu birləşmələr ləğv edilməlidir".

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun fikrincə mütəmadi bu kimi hallar davam edəcəksə, geniş miqyaslı hərbi əməliyyatlarla silahlı erməni birləşmələri məhv edilə bilər.

"Qarabağda proseslər yekunlaşacaq. Azərbaycan üçün əsas prinsipial məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyevin tarixi Zəngəzurunda daxil olduğu xəritəni paylaşması son aylarda İranın Azərbaycana qarşı lüzumsuz davranışlarına ciddi mesajdır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq və bu istiqamətdə Azərbaycanı heç bir qüvvə geri addım atmağa məcbur edə bilməz. Qeyd edim ki, Türkiyə müdafiə nazirinin rəhbərliyi ilə geniş hərbi generalitet Azərbaycana səfər edəcək. Zəngəzur dəhlizinin açılması və bu kontekstdə məsələlər iki qardaş dövlət üçün əsas strateji ortaqdır",- deyə politoloq bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR