Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi

Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

Metbuat.az xəbər verir ki, hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib. Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən oxu.az-a bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR