“Qalatasaray” Andrea Belottini heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, Türkiyə klubu futbolçuya təklif hazırlayıb. İstanbullular “Roma”ya keçməyə yaxın olan hücumçunu ələ keçirməyə çalışır.

“Qalatasaray” Belottiyə 3 illik müqavilə təklif edəcək. Futbolçu ildə 3,3 milyon avro və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, Andrea “Torino”yla müqaviləsi başa çatandan sonra azad agent statusuna malikdir.