İrəvanda güclü partlayış baş verdi:

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış baş verib.

Metbuat.az xəbər verir ki, baş verən partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər ölüb.

Partlayış yerində yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir, dağıntılar altında qalan insanların olduğu ehtimal edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR