Medvedev və Medina "Viktoriya" ilə oynaya biləcək? -

"Qarabağ"ın "Viktoriya" ilə oyununa sayılı günlər qalıb.

Metbuat.az xəbər verir ki, "köhlən atlar"ın cəzalı oyunçusu olmasa da, zədəli müdafiəçiləri var.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza bildirdi ki, Kevin Medina və Maksim Medvedev "Viktoriya" ilə oyunu buraacaq:

"Hər iki oyunçu zədəlidir. Medina əməliyyatdan təzə çıxıb, Maksimin də müalicəsi davam edir", - deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və "Viktoriya" qarşısında keçiriləcək ilk matç avqustun 17-si Bakı vaxtilə saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Oyunu FİFA referisi, baş hakim Slavko Vinçiçin rəhbərliyilə Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR