“Qafqazinfo”nun 12 yaşı olur

Bu gün "Qafqazinfo.az" xəbər portalının yaranmasından 12 il ötür.

"Qafqazinfo" 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara təqdim edilir. Bundan başqa, müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları da saytda yer alır.

Metbuat.az saytı olaraq həmkarlarımızı 12 yaşlarını qeyd etmələri münasibətilə təbrik edir, media məkanında uğurlar arzulayırıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR