Paşinyan ticarət mərkəzindəki partlayışdan danışdı

"Ticarət mərkəzində baş vermiş partlayış terror aktı deyil".

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, "Surmalu" ticarət mərkəzindəki partlayışla bağlı açılmış cinayət işində müxtəlif fərziyyələr nəzərdən keçirilir. Sübutlar hadisənin ehtiyatsızlıqdan baş verdiyini göstərir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində 16 nəfərin ölümü, 62 nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

Xatırladaq ki, "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyan ittiham olunurdu. Bu səbəbdən Rusiyanın Ermənistandaklı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR