Bu gün Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini nəzarətə götürüb.

Metbuat.az xəbər verir ki, Ordu korpusu komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!”

Həmin görüntüləri təqdim edirik: