Ötən sezon aparıcılığa başlayan Əməkdar artist Könül Kərimova "Xəzər TV" ilə yollarını ayırıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, sənətçinin hər həftənin 4-cü günü yayıma çıxan “Xəzər Axşamı” proqramı tamaşaçı ilə vidalaşıb.
Daha sözügedən veriliş mavi ekranlarda görünməyəcək və kanal axşam efiri üçün yeni layihə axtarışındadır.
K. Kərimovanın başqa televiziyada çalışıb-çalışmayacağı isə bəlli deyil.
